00:00:00
Yazar
Admin User
16.12.2025 17:32 98 1 dəq oxuma
Maraqlı

İtaliya dağlarında dinozavr ayaq izləri tapılıb

İtaliya dağlarında dinozavr ayaq izləri tapılıb

 

İtaliyanın şimalındakı milli parkda 210 milyon il əvvələ aid minlərlə dinozavr ayaq izi tapılıb.
Bəzilərinin diametri 40 sm-ə çatan bu ayaq izləri paralel cərgələr şəklində düzülüb və bir çoxunda barmaqların və caynaqların aydın izləri görünür.
Dinozavrların uzun boyunlu, kiçik başlı və iti caynaqlı ot yeyən heyvanlar olan prosauropodlar olduğu düşünülür.
Milanda yaşayan paleontoloq Kristiano Dal Sasso bildirib ki, "Yaşadığım bölgədə belə möhtəşəm bir kəşflə qarşılaşacağımı heç vaxt təsəvvür edə bilməzdim".

 

Ötən ilin sentyabr ayında bir fotoqraf Milanın şimal-şərqindəki Stelvio milli parkında şaquli bir dağ divarında yüzlərlə metr uzanan ayaq izlərini görüb.
Trias dövründə - təxminən 250 ilə 201 milyon il əvvəl - divar sonradan Alp silsiləsinin bir hissəsinə çevrilən qabarma-çəkilmə düzənliyi idi.
Cənab Dal Sasso deyib ki,: "Bura dinozavrlarla dolu böyük bir elmi xəzinədir".
O əlavə edib ki, sürülər ahəngdar şəkildə hərəkət ediblər və  bəlkə də, müdafiə məqsədilə bir dairədə toplaşan heyvan qrupları kimi daha mürəkkəb davranışların izləri də var.
10 m (33 fut) uzunluğunda ola bilən prozauropodlar iki ayaq üzərində gəziblər, lakin bəzi hallarda ayaq izlərinin qarşısında əl izləri tapılıb ki, bu da onların, ehtimal ki, dayandıqlarını və ön ayaqlarını yerə qoyduqlarını göstərir.

 


BBC
Rəmziyyə Babazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər