İtaliya kinosunun ulduzu Klaudiya Kardinale 87 yaşında vəfat edib
Tunisdə doğulan məşhur İtaliya aktrisası, “Leopard”, “8 1/2” və “Pink Panther” filmlərinin ulduzu Klaudiya Kardinale 87 yaşında vəfat edib.
O, altmış illik karyerası ərzində İtaliya kinosunun qızıl dövrünün simalarından biri olub və Federiko Fellini, Lukino Viskonti kimi böyük rejissorlarla çalışıb. Aktrisa Fransada, Nemours şəhərində övladlarının yanında dünyasını dəyişib. Onun agenti Loren Savri isə belə deyib: “O, həm qadın, həm də sənətkar kimi bizə azad və ilhamverici bir miras qoyub”.
1938-ci ilin aprelində Siciliyalı valideynlərin ailəsində Tunisdə anadan olan Kardinale 16 yaşında gözəllik müsabiqəsini qazanaraq “Tunisdə ən gözəl italyan qadın” elan olunub. Mükafat olaraq Venesiya film festivalına səfər edib, burada prodüser və rejissorların diqqətini cəlb edib. O, sonradan müəllim olmaq arzularından imtina etməyin çətin olduğunu desə də, atasının sözləri ilə “bu kino işini sınamağa” qərar verib.
Banuçiçək Məmmədova
