00:00:00
Yazar
Admin User
26.04.2023 16:00 291 1 dəq oxuma
Dünya

İtaliya Ukraynanın bərpasına kömək edəcək

İtaliya Ukraynanın bərpasına kömək edəcək

İtaliya Ukraynanın yenidən qurulmasına və dəymiş ziyanı ödəməyə kömək etmək istəyir.

 

İnformator.az BBC-yə istinadən xəbər verir ki, İtaliya müharibədən sonrakı Ukraynanın bərpasında mühüm rol oynamaq niyyətindədir.

 

Baş nazir Corciya Meloni, prezident Sercio Mattarella və Ukraynanın baş naziri Denis Şmıqalla çərşənbə günü Romada olan görüşdə bu barədə müzakirələr aparılıb.

 

İtaliya hakimiyyəti Ukraynaya kömək üçün təkcə Avropa ölkələrinin büdcə pulları ilə deyil, həm də özəl biznes və ictimai təşkilatlarının dəstəyilə  kömək edəcəklərini bildirib.

 

Qeyd edək ki, bu yaxınlarda Dünya Bankı, BMT, Avropa Komissiyası və Ukraynanın birgə apardığı ilkin hesablamalara görə, Ukraynanın bərpası üçün təxminən 411 milyard dollar lazımdır.

 

İtaliyanın xarici işlər naziri Antonio Tijani bildirib ki, Rusiya Ukraynaya dəymiş zərərin dəyərini bölüşməli olacaq.

 

Ukrayna hakimiyyəti isə bərpa işlərinə bu il başlamağın vacibliyini və bunun üçün ilkin olaraq 14 milyard dollara ehtiyac olduğunu bildirir.

 

Fatima

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər