00:00:00
Yazar
Aysel Mirzəyeva
05.05.2026 21:28 27 2 dəq oxuma
İqtisadiyyat

İtaliyanın artan enerji tələbatı Azərbaycanla əməkdaşlığı necə dərinləşdirir?

İtaliyanın artan enerji tələbatı Azərbaycanla əməkdaşlığı necə dərinləşdirir?

İtaliyanın Baş naziri Corcia Meloni bildirib ki, Azərbaycan xüsusilə qaz və neft tədarükü baxımından ölkə üçün energetika sahəsində strateji tərəfdaşdır.

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın uzun illərdir ki, bir nömrəli, 2000-ci illərin ortalarından bəri bir nömrəli ticarət tərəfdaşı İtaliyadır:

 

“Ən çox neftimizi, ən çox qazımızı biz İtaliyaya ixrac eləyirik. Və son zamanlar dünyada energetika ilə bağlı problemlərin çoxaldığını nəzərə alsaq, İtaliya daha çox maraqlıdır ki, biz onlara neft və qaz təchizatını artıraq. Daha çox almaq istəyirlər və Meloninin Azərbaycana səfəri bu əməkdaşlığın daha da genişləndirilməsi üçün şərait yaradır, imkanlar və fürsətlər yaradır. Azərbaycan üçün də kifayət qədər sərfəldir, İtaliya üçün də sərfəldir. Yəni Azərbaycan doğurdan da öz sözündə duran tərəfdaşdır. Necə deyərlər, müqavilələrə, daim öhdəliklərə əməl edir. İtaliya üçün də bu çox önəmlidir. Çünki başqa yerlərdən neft qaz alışı getdikcə daha çox problemə çevrilir. Ona görə də, İtaliya ilə Azərbaycan arasında yaranmış bu bağ, bu əlaqələr mənə elə gəlir ki, bu səfərdən sonra daha da inkişaf eləyəcək və Azərbaycan imkanlar daxilində daha çox neft-qaz ixracatını həyata keçirməyə çalışacaq İtaliyaya və İtaliya üzərindən də bir xab qurulub. Şimali İtaliyada qaz mərkəzi qurulub. İtaliya üzərindən digər ölkələrə çıxış imkanları da Azərbaycan üçün genişlənir”.

 

Günel Əlili

#necə #azərbaycanla #əməkdaşlığı #i̇taliyanın #artan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər