İtaliyanın nəhəng moda brendi Prada, Versaceni endirimlə satın alıb
Prada çərşənbə axşamı elan edib ki, Versaceni satın alıb və bununla da iki böyük italyan lüks moda evini birləşdirib. 1,38 milyard dollarlıq müqavilə, Versacenin əvvəlki sahibi olan Capri Holdingsin brendi 2018-ci ildə ödədiyi təxminən 2 milyard dollardan xeyli aşağıdır.
Bu satınalma Pradanın Miu Miu da daxil olmaqla dizayner brendlər portfelini genişləndirir və şirkətə Louis Vuitton ilə yanaşı Dior və Fendiyə də sahib olan Fransanın LVMH kimi rəqibləri ilə rəqabət aparmaq imkanı verir.
BBC News
Gövhər Mehyəddinova
