00:00:00
Yazar
Zəhra Həsənova
15.04.2026 20:22 39 2 dəq oxuma
Sosial

İynə ilə arıqlama: sürətli nəticə, yoxsa səssiz risk?

İynə ilə arıqlama: sürətli nəticə, yoxsa səssiz risk?

İynə ucunda sürətli arıqlama vədi cazibədar görünsə də, bu preparatların təsiri təkcə çəki ilə məhdudlaşmır. Hormon balansına müdaxilə edən bu vasitələr bəziləri üçün effektiv həll sayılsa da, digərləri üçün ciddi risklər yarada bilər. 


Mövzu ilə bağlı dietoloq Ləman Süleymanova “İnformator.az”a açıqlamasında bildirib ki, bu preparatlar həm qanunsuz, həm də qanunauyğun yollarla geniş istifadə olunur:


“Əvvəla, bu preparatların kökünün hardan qaynaqlandığını izah etmək istəyirəm. Təəssüf ki, bəzi arıqlama preparatlarının əksəriyyəti qaçaq yolla Azərbaycana gətirilir və ya sifariş edilir, digər qismi isə lisenziyalı, qanuni şəkildə apteklərdə satılır”.


Mütəxəssiz qeyd edib ki, dərman şirkətləri sosial şəbəkədən insanlara təsir etmək üçün istifadə edir:


“Bu preparatların satış mənbələrindən biri də sosial şəbəkələrdir. Çünki dərman şirkətləri ən yaxşı satışı sosial şəbəkələrdə reallaşdırır. Hətta sosial şəbəkələrdə tibbi anlayışı olmayan, heç bir yerdə çalışmayan insanlardan istifadə edirlər. Dərman şirkətləri onlara İnstagram, Facebook üzərindən əməkdaşlıq təklif edir, satışdan müəyyən məbləğ həmin şəxslərin balansına köçürür. Evdə oturan və heç yerdə işləməyən bu insanlar üçün bu, çox rahat gəlir mənbəyidir. Onlar "dietoloq" adı altında profillər yaradır, yalançı marafonlar təşkil edir və bu yolla arıqlama dərmanları, kokteylləri satırlar”.


Ləman Süleymanovanın sözlərinə görə, yüksək gəlirə aldanan bir sıra insanlar bu preparatların qanunsuz satışını reallaşdırır:


“Bəzi idman müəllimləri və trenyorlar da heç bir qanuni lisenziyası olmayan, qaçaq yolla gətirilmiş bu təhlükəli maddələri idmana gələn insanlara satırlar. Digər tərəfdən, bəzi endokrinoloqlar da bu işə cəlb olunur. Dərman şirkətləri onlara yüksək gəlir təklif edir və bəzi həkimlər buna aldanaraq arıqlama iynələrinin satışını həyata keçirirlər”.


Mütəxəssiz bildirib ki, bu iynələr gələcəkdə uşaq sahibi olmağa problem yarada bilir:


“Arıqlama iynələri kişilərdə və qadınlarda sonsuzluq yaradır, kişilərdə isə cinsi zəifliyə səbəb olur. Bu iynələr qaraciyərə dağıdıcı zərbə vurur, mədəaltı vəzini sıradan çıxarır. Arıqlama preparatları birbaşa həyat üçün təhlükədir. Ona görə də bunların satışı qadağan edilməlidir”.


Aydan Əsgərxanlı

#baki #sürətli #səssiz #yoxsa #nəticə #
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər