İyulda ölkədə pul bazası 0,6 faiz azalıb
Pul bazasının iqtisadiyyatda çox mühüm rolu var.Tənzimləyici,iqtisadiyyatın inkişafi ilə bağlı təsiredici qüvvəsi mövcuddur.
Mövzu ilə əlaqədar iqtisadçı ekspert Pərviz Heydərov “İnformator.az”a açıqlamasında bildirib ki, pul bazasının genişliyi aydan-aya,ildən-ilə artması iqtisadi artımı dəstəkləyən vasitə sayılır:
“Onun azalması isə inflyasiyanı buxovlayan və işgüzar aktivliyə mənfi təsir edən amil hesab olunur. Mart ayında bu sahədə artım qeydə alınıb ,amma sonrakı dövrlərdə pul bazasının hər ay azaldığı qeydə alınır.Mərkəzi Bank pul bazasını bu yaxınlaradək 7%-dən yuxarıda saxlayıb, son qərarı ilə Mərkəzi Bank bu göstəricini 7%-a endirib. Amma mən hesab edirəm ki,hazırki inflyasiya səviyyəsi ilə əlaqədar olaraq,yenədə yüksək xarakterik daşıyır.Bu iqtisadi artımı buxovlayan,iqtisadi inkişafı stimullaşdırmaq üçün məhdudlaşdırıcı xarakter daşıyan bir amil hesab olunur.Ona görə də,pul bazasının azalmasını müşahidə edirik.Əsas səbəb bundan ibarətdir”.
Son olaraq ekspert bildirir ki,Mərkəzi Bank bu göstəriciləri birazda aşağı salarsa, bu ölkədə pul bazasının genişlənməsinə təkan verə bilər. Məqsədəuyğundur ki,pul bazasının genişləndirilməsi üçün Mərkəzi Bank pul kredit siyasətini bu qədərdə yumşaltsın”.
Səadət Əlizadə
