00:00:00
Yazar
Lalə Qafarova
22.04.2026 21:15 16 1 dəq oxuma
Araşdırma

John Ternus: Apple-da yeni dövr haqqında bilinməli olanlar

John Ternus: Apple-da yeni dövr haqqında bilinməli olanlar

 

Apple-ın baş direktoru Tim Cook 15 ildən sonra vəzifəni John Ternus-a təhvil verəcəyini açıqlayıb.

 

Bu addım bir dövrün sonu və şirkət üçün yeni mərhələnin başlanğıcı deməkdir. Cook, şirkətin həmtəsisçisi Steve Jobs-un səhhətindəki problemlərə görə istefa verməsindən qısa müddət əvvəl CEO olmuş və 2011-ci ildən bəri şirkətə rəhbərlik edib.

Ternus sentyabrın 1-də vəzifəni rəsmi olaraq təhvil alacaq. Apple-da 25 il çalışmış Ternus hazırda şirkətin aparat (hardware) mühəndisliyi bölməsinə rəhbərlik edir.

Cook yay boyunca keçid prosesində Ternus ilə birlikdə işləyəcək və vəzifədən ayrıldıqdan sonra da “dünya üzrə siyasətçilərlə əlaqələr də daxil olmaqla bəzi sahələrdə” şirkətə dəstək verməyə davam edəcək.

Bu qərar, yaxın zamanda 50 illiyini qeyd edən Apple-da rəhbərlikdə dəyişiklik olacağı ilə bağlı aylarla davam edən söz-söhbətlərdən sonra açıqlanıb.

Cook, aprelin 20-də Apple-ın rəsmi saytında verdiyi açıqlamada bildirib ki, şirkətə rəhbərlik etmək onun həyatı boyu “ən böyük şərəf” olub.

 

BBC

Reyhan Qulizadə

#olanlar #john #haqqında #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər