Kəlbəcər yaylaqları yenidən canlanır...
Zəngin otlaqları, səfalı havası ilə məşhur olan Kəlbəcər yaylaqları bu gün yenidən öz doğma sakinlərini və təsərrüfat sahiblərini qoynuna alıb. Dədə-baba torpaqlarına qayıdan sakinlər burada həm qədim adət-ənənələri yaşadır, həm də zəhmətləri ilə yaylaq həyatına can verirlər.
TİTR: KÖNÜL MEHDİYEVA - SAKİN
“Yuxaq bişiririk hazırda. Sonra gedib çiçək yığırıq, kəklikotu, çay dəmləyirik".
Yaylaq təkcə zəhmət deyil, həm də təbiətlə ünsiyyət, ruzi deməkdir.
TİTR: ZABİLƏ XUDAVERDİYEVA – SAKİN
"İki aydır burdayıq. Mənzərli həyatı var. Xoşagəlimli havası var. Gələn-gedən qonaqlarımızdan məmтпип oluruq".
TİTR: QURBAN TANRIVERDİYEV - SAKİN
"2500 bizim qoyunumuz var. Bu 2500-ün arasında erkəyi də var. Hardasa 1000 başdan artıq qulaq qoynumuz var. 1200-ə gəlir".
Zəhmətkeşlərin yaylaqdakı işini asanlaşdıran, relyefin çətinliklərinə sinə gərməkdə köməyə çatan əsas vasitə isə minik atlarıdır.
Təsərrüfatçıların ən böyük köməkçisi olan bu atlar, eləcə də digər canlılar geniş otlaqlara artıq uyğunlaşıb. Ümumilikdə isə bu il Qarabağ və Şərqi Zəngəzura 249 min başdan çox heyvan və 185 mindən artıq arı ailəsi köçürülüb. Təhlükəsizlik təlimləri sayəsində rahat baş tutan bu köçlə doğma dağlarımız illər sonra yenidən bol-bərəkətli günlərinə qayıdır.
LALƏ, QAFAROVA, XALİD QURBANLI, FUAD QULİYEV, AZTV XƏBƏR
SUBTİTR: KƏLBƏCƏR