00:00:00
Yazar
Elmira Ağayeva
03.09.2026 22:48 53 2 dəq oxuma
Maraqlı

Kəllə sümüyünün dərinliklərində sirli struktur: “Naməlum orqan” kəşf edilib

Kəllə sümüyünün dərinliklərində sirli struktur: “Naməlum orqan” kəşf edilib

 


ABŞ-də aparılan yeni elmi araşdırma zamanı kəllə sümüyünün daxilində daha əvvəl elmə məlum olmayan, beyinə qarşı immun müdafiədə mühüm rol oynayan orqanabənzər struktur aşkarlanıb.


ABŞ-nin Vaşinqton Universitetinin Sent-Luis şəhərində yerləşən Tibb Fakültəsinin alimləri kəllə sümüyünün sümük iliyində beyinə xas immun hüceyrələrin “təlim aldığı” və beyin şişlərinə qarşı mübarizə apardığı yeni struktur müəyyən ediblər.
Tədqiqatçılar bu strukturu beynin müdafiə sistemində bir növ “təhlükəsizlik mərkəzi” kimi xarakterizə edirlər. Məlum olub ki, burada immun hüceyrələr xüsusi şəkildə hazırlanaraq digər orqanlardan əlavə dəstəyə ehtiyac olmadan beyində yaranan təhlükələrə qarşı cavab verə bilir.
Beyin şişlərinə qarşı yeni ümid
Alimlər müəyyən ediblər ki, sözügedən strukturlar xüsusilə aqressiv beyin şişlərindən biri olan qlyoblastoma ilə mübarizədə mühüm rol oynaya bilər.
Siçanlar üzərində aparılan təcrübələr zamanı kəllə sümüyünün altındakı bu immun strukturlar gücləndirilən heyvanların şişlərə qarşı daha effektiv mübarizə apardığı və onların sağqalma müddətinin əhəmiyyətli dərəcədə uzandığı müşahidə edilib.
Tədqiqatın əsas müəllifi professor Conatan Kipnis bildirib ki, kəllə sümüyünün sümük iliyi yalnız beyni qoruyan struktur deyil. Onun sözlərinə görə, bu nahiyə beyinə xas immun reaksiyaların idarə olunduğu, əvvəllər məlum olmayan mərkəzlərə də ev sahibliyi edir.
Alimlər hesab edirlər ki, yeni kəşf gələcəkdə beyin şişləri və digər nevroloji xəstəliklərin müalicəsində yeni yanaşmaların hazırlanmasına imkan yarada bilər. Bununla belə, əldə olunan nəticələrin insanlarda müalicə üsuluna çevrilməsi üçün əlavə araşdırmalara ehtiyac var.


Nuray Əliyeva

#azərbaycan #struktur: #orqan” #“naməlum
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər