00:00:00
Yazar
Ayan Sədi
24.02.2026 23:41 20 1 dəq oxuma
Media Özəl

“Kərkük rüzgarı: 60 məqalə” – Şəmsəddin Kuzəçinin 60 illiyinə ithaf

“Kərkük rüzgarı: 60 məqalə” – Şəmsəddin Kuzəçinin 60 illiyinə ithaf

Bu gün Azərbaycan Mətbuat Şurasında Kərkük Mədəniyyət Dərnəyinin qurucusu, tədqiqatçı Şəmsəddin Kuzəçinin “Kərkük rüzgarı: 60 məqalə” kitabının təqdimat mərasimi keçirildi.

 

Tədbirdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllim heyəti də iştirak etdi. Mətbuat Şurasının sədri Rəşad Məcidin giriş nitqindən sonra müəllif yeni nəşr haqqında məlumat verib, kitabın ərsəyə gəlməsində zəhməti olan şəxslərə və iştirakçılara təşəkkürünü bildirdi.

 

Daha sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu çıxış edərək Kərkükün milli-mənəvi kimliyimizdə xüsusi yer tutduğunu vurğuladı. O, müəllifin “İraq mətbuatı tarixi” kitabının ingilis dilinə tərcüməsinin əhəmiyyətindən bəhs etdi.

 

Bildirildi ki, kitabın ingilis dilində nəşri təşəbbüsünü fakültənin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova irəli sürüb. Tərcümə prosesini isə kafedranın dosenti, siyasi elmlər doktoru Sabir Məmmədli, dosent Aytəkin Zeynalova, dosent Təranə Mahmudova, müəllim Nurşərəf Tağıyeva və fakültənin doktorantı Günel Qəribova həyata keçiriblər.

 

Çıxış edənlər layihənin elmi və beynəlxalq əhəmiyyətini diqqətə çatdıraraq, “İraq mətbuatı tarixi” kitabının ingilis dilində nəşrinin Azərbaycan və Kərkük mətbuat tarixinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm addım olduğunu bildirdilər.

 

Tədbirin sonunda müəllifin “İraq mətbuatı tarixi” kitabının tərcüməsində iştirak edən kafedra əməkdaşlarına təşəkkürnamələr təqdim olundu.

#şəmsəddin #təqdimatı #kitabının #keçirilib
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər