00:00:00
Yazar
Admin User
03.12.2025 15:42 90 1 dəq oxuma
Sosial

Küçə narkotikləri təhlükəsi artır: “Asılılıq çox vaxt uşaqlıq travmasından başlayır”

Küçə narkotikləri təhlükəsi artır: “Asılılıq çox vaxt uşaqlıq travmasından başlayır”

Küçələrdə narkotik satışı həm cəmiyyət üçün gizli, həm də açıq şəkildə təhlükə yaradan ən ciddi sosial problemlərdən biridir. Xüsusən, nəzarətin zəif olduğu riskli ərazilərdə bu şəbəkələrin fəaliyyəti genişlənir və iİk növbədə gənclər olmaqla, müxtəlif sosial qrupları hədəfə alır. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar nəticə versə də, problemin tam aradan qalxdığını demək mümkün deyil. Buna görə də, mövzu həm təhlükəsizlik, həm də sosial məsuliyyət baxımından gündəmdə qalmağa davam edir.

 

Məsələ ilə bağlı “İnformator.az”a danışan Qarabağ Universitetinin müəllimi Ramin Allahverdiyev bildirib ki, psixoaktiv maddələrə aludəçilik çox vaxt uşaqlıqda yaşanan psixoloji və fizioloji travmaların nəticəsi kimi ortaya çıxır:

 

“Travma şəxsin inkişafını ləngidir və insan sonradan yaranan daxili boşluğu alkoqol, nikotin və ya digər psixoaktiv maddələrlə doldurmağa çalışır. Profilaktika mütləq uşaqlıqdan başlamalıdır. Ailə tərbiyəsi, valideynlərin yanaşması, uşağın temperament və xarakter xüsusiyyətləri, daxili-resurs çatışmazlıqları bu prosesdə həlledici rol oynayır".

 

Mütəxəssisin sözlərinə görə, sağlam şəxsiyyət formalaşdırıldıqda insanın özünəinamı artır, “yox” demə bacarığı güclənir və emosional dayanıqlıq yaranır:

 

“Düzgün ailə işinin qurulması, uşaqları dinləmək, məktəblərdə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, asudə vaxtın səmərəli təşkili, valideyn, müəllim, şagird əlaqəsinin gücləndirilməsi çox vacibdir. Bu istiqamətdə düzgün addımlar atıldıqda uşaq sağlam inkişaf edir və narkotik asılılığının qurbanına çevrilmir",-deyə o, fikirlərini yekunlaşdırıb.

 

Nazim Xeyrxəbərli 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər