00:00:00
Yazar
Admin User
10.03.2023 07:23 665 1 dəq oxuma
Mədəniyyət

Kür çayında arxeoloji nümunələr tapılıb - FOTO

Kür çayında arxeoloji nümunələr tapılıb - FOTO

Kürün Neftçala rayonundan keçən hissəsində arxeoloji nümunələr tapılıb.


İnformator.az APA-ya istinadən xəbər verir ki, Kür çayında suyun səviyyəsinin aşağı düşməsi nəticəsində çayın Neftçala rayonunun Şorkənd kəndi ərazisindən keçən hissəsində arxeoloji əlamət daşıyan maddi-mədəniyyət nümunələrinin qalıqları aşkar edilib.

 

Bu barədə məlumat Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən bildirilib.

 

Qeyd edilib ki, bununla bağlı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən həmin əraziyə baxış keçiriləcək:

 

"Baxışın nəticəsinə uyğun olaraq müvafiq addımlar atılacaq, daha sonra arxeoloji materiallar aidiyyəti üzrə təhvil veriləcək".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər