00:00:00
Yazar
Admin User
30.01.2026 18:54 49 1 dəq oxuma
Siyasət

Kadırov “düşməni” Süleyman Kərimovu “qardaş” adlandırıb

Kadırov “düşməni” Süleyman Kərimovu “qardaş” adlandırıb

Çeçenistan lideri Ramzan Kadırov Moskvada Dağıstandan olan senator, milyarder Süleyman Kərimovla görüşüb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə kadırov Teleqram kanalında məlumat yayıb.

 

“Moskvada qardaşım, Rusiya Federasiyasının senatoru Süleyman Kərimovla məhsuldar görüş keçirdim. İnanıram ki, Çeçenistan və Dağıstan xalqları bizim kimi qardaşdırlar", - deyə Kadırov yazıb.

 

Qeyd edək ki, 2024-cü ilin payızında Kadırov təhlükəsizlik rəsmiləri ilə görüşdə Süleyman Kərimovu, eləcə də Dövlət Dumasının deputatları Bekxan Baraxoyev və Rizvan Qurbanovu sui-qəsd sifariş etməkdə günahlandırıb, əksini sübut etməyəcəkləri halda onları qan düşmənçiliyi ilə hədələyib.

 

İnsident isə 18 sentyabr 2024-cü ildə Moskvada, “Wildberries” ofisinin yerləşdiyi “Romanov Dvor” biznes mərkəzində baş verən və iki mühafizəçinin ölümünə səbəb olan atışma ilə başlayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər