Kanada rəqəmsal xidmətlər vergisini ləğv edəcək
Kanada rəqəmsal xidmətlər vergisini – onlayn şirkətlərə tətbiq olunan bir vergi növünü – ləğv edəcəyini bazar günü açıqlayıb. Bu addım ABŞ ilə ticarət danışıqlarını yenidən başlatmaq məqsədi daşıyır.
ABŞ Prezidenti Donald Tramp cümə günü iki ölkə arasındakı ticarət danışıqlarını ləğv edib və bu vergini “ölkəmizə birbaşa və açıq hücum” adlandıraraq məsuliyyətin bu vergidə olduğunu bildirib. Bazar gecəsi verilən açıqlamada Kanada hökuməti qeyd edib ki, ölkələr arasındakı danışıqları yenidən bərpa etmək üçün bu vergidən geri çəkilir.
Açıqlamaya görə, “Bu danışıqları dəstəkləmək məqsədilə Maliyyə və Milli Gəlirlər naziri, hörmətli Fransua-Filipp Şampan bu gün bəyan edib ki, Kanada ABŞ ilə qarşılıqlı faydalı və əhatəli ticarət razılaşmasına hazırlıq olaraq Rəqəmsal Xidmətlər Vergisini (RXV) ləğv edəcək”.
Bu addıma uyğun olaraq Baş nazir Karni və Prezident Tramp razılaşıblar ki, tərəflər iyulun 21-nə (2025) qədər razılaşma əldə etmək məqsədilə danışıqları yenidən bərpa edəcəklər.
CNN bu məsələ ilə bağlı Ağ Evdən şərh almağa çalışıb.
Rəqəmsal xidmətlər vergisi ölkələrin onlayn xidmətlərə vergi tətbiq etməsinin bir yoludur və bu, fiziki məhsullara tətbiq olunan vergilərdən fərqlənir.
Tramp RXV-ləri “gömrük rüsumu olmayan ticarət maneələri” adlandırır – yəni digər ölkələrin sərhədləri daxilində rəqabəti məhdudlaşdırma üsulu – və Trampın dediyinə görə, bu adətən ABŞ şirkətləri hesabına baş verir. Kanadanın RXV-si bazar ertəsi qüvvəyə minməli idi və 2022-ci ildən geriyə qüvvədə olacaqdı. Kanadanın bu vergini ləğv etmək planı Tramp üçün böyük bir uğur sayılır.
CNN News
Fatimə Heydərova