00:00:00
Yazar
Admin User
12.05.2023 16:23 248 1 dəq oxuma
Dünya

Kanadada meşə yanğınlarının dumanı ABŞ-a çatdı

Kanadada meşə yanğınlarının dumanı ABŞ-a çatdı

Kanadada meşə yanğınlarından yüksələn dumanlar ABŞ-a çatıb.


İnformator.az CNN-ə istinadən xəbər verir ki, Kanadanın qərbində yerləşən Alberta əyalətində 6 Mayda başlayan, daha sonra Kolumbiyaya sıçrayan meşə yanğınlarından yüksələn dumanlar ABŞ-a çatıb.


Kanadadan paylaşılan görüntülərdə Albertadakı meşə yanğınlarından çıxan tüstünün Kanadanın şərqinə doğru irəliləyərək ABŞ-Kanada sərhədinə çatdığı görünür. Meşə yanğınları səbəbindən 29 min insan evlərindən təxliyə edilib.


Səlahiyyətlilər normadan yüksək temperatur və külək səbəbindən müxtəlif nöqtələrdə baş verən yanğınların nəzarətdən çıxdığını bildirib. Alberta əyalətinin baş naziri Danielle Smith əyalətdə fövqəladə vəziyyət elan etdiklərini açıqlayıb.

 

Sayad

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər