00:00:00
Yazar
Lalə Qafarova
06.04.2026 20:36 59 1 dəq oxuma
Sosial

“Kanalizasiya və su xətləri ADNSU-nun balansında olsa da…”-SABUNÇU RAYON İCRA HAKİMİYYƏTİNDƏN AÇIQLAMA

“Kanalizasiya və su xətləri ADNSU-nun balansında olsa da…”-SABUNÇU RAYON İCRA HAKİMİYYƏTİNDƏN AÇIQLAMA

Son günlər paytaxt ərazisində müşahidə olunan intensiv yağıntılar bir sıra ərazilərdə çətinliklər yaradıb və operativ tədbirlərin görülməsini zəruri edib. Mövcud vəziyyətin nəzarətdə saxlanılması, fəsadların aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçərək koordinasiyalı fəaliyyət göstərirlər.
 

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Ramil Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki:

 

"Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən gücləndirilmiş iş rejimində fəaliyyət göstəririk. Hazırda rayonun 56 küçəsində yağış sularının təmizlənməsi prosesi həyata keçirilir. Kanalizasiya və su xətləri ADNSU-nun balansında olsa da, biz də bu işlərə dəstək veririk.
Hazırda Bakı Şəhər İcra Hakimiyyəti, onun tabeliyində olan qurumlar, rayon icra hakimiyyətləri və onların aparatları gücləndirilmiş iş rejimində çalışırlar.
Bakı şəhərində subasma müşahidə olunan ərazilərdə kommunal xidmət əməkdaşları xüsusi texniki vasitələrdən istifadə etməklə yağış sularını kənarlaşdırır, zəruri hallarda isə sakinlərin təxliyəsini həyata keçirirlər. Ərazilərə su nasosları, xüsusi texniki qurğular və ehtiyac olan yerlərdə ağır texnika cəlb olunub.
Yaranmış vəziyyətlə bağlı ərazilərdə Bakı Şəhər İcra Hakimiyyətinin monitorinq qrupları fəaliyyət göstərir. Onlar su yığılan və problemli ünvanları müəyyənləşdirərək aidiyyəti qurumlara operativ məlumat verirlər.
Beləliklə, intensiv yağan yağışların yaratdığı fəsadların aradan qaldırılması üçün Bakı şəhərinin bütün məsul qurumları koordinasiyalı şəkildə fəaliyyət göstərir".

 

Mehriban Yariyeva

#yağış #bakı #sabunçu #xəbər #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər