00:00:00
Yazar
Admin User
12.01.2016 09:36 963 1 dəq oxuma
Mədəniyyət

“Kədərinə vəfalı” adlı kitab çapdan çıxıb

Kitab geniş oxucu kütləsi, xüsusilə də yetişməkdə olan gənc nəsil üçün nəzərdə tutulub
“Kədərinə vəfalı” adlı kitab çapdan çıxıb

Tanınmış yazar, jurnalist Samir Zəngəzurlunun “Kədərinə vəfalı” adlı kitabı çapdan çıxıb.

İnformator xəbər verir ki, bir neçə povest və hekayədən ibarət olan kitabda müəllif müharibənin törətdiyi ağrı-acıları, qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımızın sosial-psixoloji hisslərini, o cümlədən cəmiyyətimizdəki bəzi arzuolunmaz halları bədii təsvir müstəvisinə gətirir. Əsərlərdə bütün hadisələrin fövqündə vətən sevgisi, insani keyfiyyətlər, torpağa bağlılıq dayanır.

Kitab geniş oxucu kütləsi, xüsusilə də yetişməkdə olan gənc nəsil üçün nəzərdə tutulub.

Samir Zəngəzurlu Qərbi Azərbacanın Sisian rayonunun Sofulu kəndində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. Bir sıra mətbuat orqanlarında çalışıb. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, “Qızıl qələm”  mükafatçısıdır. “Sevgi Qəbri”, “Ruhların qiyamı”, “Ömürdən izlər”, “Mənalı ömürlər”, “Yağış məni ağlayır” adlı bədii və publisistik kitabların müəllifidir.

\"\"

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər