00:00:00
Yazar
Nərmin Həşimova
07.05.2026 21:21 28 2 dəq oxuma
Sosial

“Keçən ilə nisbətən bu il ixtisas seçimində rəqabət bir qədər yaxşı olacaq”- Ekspertdən AÇIQLAMA

“Keçən ilə nisbətən bu il ixtisas seçimində rəqabət bir qədər yaxşı olacaq”- Ekspertdən AÇIQLAMA

"Bu il ali təhsil müəssisələrinə plan yerlərinin ötənilki səviyyədə olacağı gözlənilir".

Bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Asan tv"nin efirində deyib.


Mövzu ilə bağlı təhsil eksperti Afərim Seyidova “İnformator.az”a açıqlamasında bilidirib ki, plan yerləri haqqında dəqiq bir fikir söyləmək olmur:

 

“Amma onu deyim ki, keçən ilə nisbətən bu il abituriyentlər rahat ola bilərlər. Çünki ixtisaslarda balların 20-30 bal aşağı düşməsi gözlənilir. Keçən ilə nisbətən bu il ixtisas seçimində rəqabət bir qədər yaxşı olacaq, çünki keçən il ballar həddindən artıq qalxdı. Məsələn, biz vaxtilə 200 bal olan fars dili, fransız dili ixtisaslarının həddindən artıq ballarının yüksəldiyini gördük. Yalnız tərcümə ixtisasında balların aşağı düşdüyünü, hətta 3-cü qrup üzrə tərcümə ixtisasının 2-ci mərhələyə qaldığını, o yerin dolduğunu gördük. Bu, ondan irəli gəlir ki, artıq tələbat azdır. Yəni, süni intellekt və s. bunları əvəz edir. Hətta tərcümə ixtisaslarının gələcəkdə ləğv olunacağı gözlənilir. Ən çox region universitetlərinə marağın artırılmasına çalışılır. Ballar stabil qalarsa, region universitetlərinə maraq da arta bilər. Plan yerlərinin stabil qalması ondan asılıdır ki, əmək bazarında buna tələbat olacaq, ya olmayacaq. Yeni ixtisaslar yaradılır və bu, onunla bağlıdır ki, tələbat yaranan yerlər açıldıqca, tələbat olmayan yerlər sıradan çıxır və yaxud plan yerləri azalır. Məsələn, fiziki tərbiyə müəllimliyinin kolleclərdə ixtisası yığışdırıldı. Yəni, artıq bu sırf ali məktəb səviyyəsində, pedaqoji ixtisas kimi seçim edilir və plan yerlərinin stabil qalmasını, bu il balların düşməsini nəzərə alsaq, mənfi təsiri olmayacaq. Çünki imtahan kifayət qədər vaxt aparan, düzgün formatda hazırlanmışdı. Təbii ki, həmişəki kimi burada standartlar tam qaydasında idi. Bütün fənnlər üzrə mövzular əhatə olunmuşdu və balların düşməsi onu göstərir ki, bu il abituriyentlər istədikləri yerlərdə, yəni normal bal toplayan, keçid balını keçən daha çox birinci və ikinci qruplar müəyyən yerlərdə yerləşə biləcəklər. Amma üçüncü qrupda bir az risklidir. Alt qrupda da  risklər var. Alt qrupda aşağı bal hesab olunan regionşünaslığın balı çox da düşməyəcək, müəyyən qədər düşmə gözlənilir”.

 


Nurgün Qənizadə

#abituriyent #ixtisas #seçim #imtahan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər