KEÇMİŞDƏ YATANLAR BU GÜN OYANIR
Kimliyindən, ideologiyasından vaz keçməyən şəxsiyyət
Əhbədbəy Ağaoğlunun Qeydləri ...
Oxuduğum - 3 cü sinifdə 45 şagirddən yalnız 1 nəfər türk idi. Qalanları xaçpərsət idi. Tanıdığım, alışdığım erməni uşaqları olduğundan yeni mühitdə özümü o qədər də yad hiss etmirdim.
Mənə qəribə görünən məktəbin özü və müəllimlər idi.
O vaxtı qədər getdiyim gördüyüm məktəbdə şagirdlər bir - birinin yanında diz üstə oturur yalnız bir müəllim əlində çubuq yanında falataqa hər kəsin dərsini ayrı - ayrılıqda verib bütün sinifə nəzarət edirdi.
İndi gəldiyim məktəb isə ona heç bənzəmirdi. Burada şagirdləri düzülmüş skamyada iki-iki otururdular və hamının dərsi eyni idi.
Müəllim isə kürsüdən şagirdlərə sual verib hər şeyi nəzarətində saxlayırdı. Sonra burada bütün dərsləri bir müəllim verməzdi, hər saatda yeni bir dərs başlanar, sinifə yeni bir müəllim gələrdi.
Fərqli dərslər keçirilirdi. Bundan başqa müəllimlərin öz aralarında fərqləri də diqqətimi çəkdi. Müsəlman məktəblərində müəllimlər səbirsiz, üst-başı səliqəsiz, dağınıq, pərişan, görünüşləri miskin idisə, buradakılar isə canlı, təmiz və nizam-intizamlı idi.
İki məktəb arasında gördüyüm fərqliliklər məndə ilk gündən ruh düşkünlüyü oyatdı və şüurumda 54 il sonradan cavab tapa bilmədiyim bu sual doğrultdu. Niyə? Bu fərqliliyin səbəbi nə idi ?
Südabə Məmmədovanın Qeydləri...
Bugünki gündə eyni ilə mənə də maraqlı olan bu sualdır. Baxsaq görərik ki, Azərbaycanda rus, ingilis bölmələri üzrə məktəblər və universitetlər fəaliyyət göstərir. Valideynlər övladlarını niyə məhz bu bölmələrə qoyurlar?
Əhməd bəy Ağaoğlunun dediklərinə əsasənmi ?
100 il keçsə də o gündən bu günə dəyişikliklər var, amma vizual olaraq - partalar, dərs metodları.
Sistemdə bəzi yeniliklər var, ancaq o dövrün ab-havası hələ də hiss olunur. Bu dövürdə də bəzi, hətta bir çox şagird filan müəllimin dərsi bitsəydi canımız dincələrdi deyir. Dərsdən qaçmaq istəyir. Yolda gedən zaman saymazlıq edir və s.
İngilis və rus bölməsini fəqli edən nədir?
Müəllimlərin uşaqlara sərbəst fərqli düşünmə imkanı yaratması. Eyni sistemin davamlı şəklidə deyil də fərqliliklər yerinə yetirilməsi. İnsanlar davamlı eyni işləri gördükdə istər - istəməz sıxılırlar. Adicə iş yerlərində böyüklər belə işi görən zamanı ən azı yeni sənəd və ya problemlə qarşılaşdıqda fərqli versiyalara əl atırlar.
Eyni ilə dərslərdə az da olsa fərqli cəhətdən izah, göstəriş və ya yeni nələrsə irəli sürülmısi ilə maraq topluluğu yaratmaq olar.
Əhməd bəy Ağaoğlunun Qeydləri ...
"Gürcü əsilzadələri bütünlüklə hərbi sahəyə meyil göstərdiklərinə rus sarayında yüksək məqamlarda yer tutmağı bacarırdılar. Ziyalı gürcü burjuaziyası və fəhləsi isə rus burjuaziyası və fəhləsi ilə bir yerdə olmağı üstün tuturdular. Daşnaq və qınçaq mərkəzləri qurmuşdular. Tiflis bu mərkəzin canlı yeri idi".
Südabə Məmmədovanın Qeydləri ...
O dövürdə ermənilər məktəbə gedib ziyalı olaraq daşnaq və qınçaq mərkəzləri qurublar. Bizim müsəlmanlar isə çarın sadiq bəndələri olaraq qalıb heç bir tərpəniş etməyiblər. Baxın elə budur bizim məsələlər ...
