00:00:00
Yazar
Admin User
26.09.2025 16:25 156 2 dəq oxuma
Mədəniyyət

Keçmişin dərsləri və bu günün güzgüsü

Keçmişin dərsləri və bu günün güzgüsü

Tarix insanlığın yaddaşıdır-keçmiş hadisələri öyrənərək biz bu günü daha dərindən anlayırıq. Hər bir dövrün öz dərsi, hər bir tarixi hadisənin isə gələcəyə ötürdüyü mesaj var. Keçmişi anlamaq yalnız yaddaş deyil, həm də gələcəyin düzgün istiqamətdə qurulması deməkdir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında alim, tarix üzrə elmlər doktoru İradə Bağırova bildirib ki, keçmişi bilmədən bu günü qiymətləndirmək çətindir:

 

“Keçmişdən bizə hansısa ibrət dərsləri də bağlıdır. Məhz buna görə də biz müasirliyi də qəbul edirik. Dünya müharibələrinin səbəblərini anlamaq, müasir geosiyasi dəyişiklikləri, beynəlxalq ittifaqların mənbəyini izah etməyə kömək edir. Keçmişin səhvlərinin qarşısının alınmasına kömək edir. Çörçilin belə bir ifadəsi var: “Tarixi öyrənməyənlər onu təkrarlamağa məhkumdur”.Tarix barədə belə bir çox ifadələr var və təbii ki, onları sadalamaqla bitməz. Vətəndaş şəxsiyyətinin formalaşması mühüm yerlərdən birini tutur. Tarix insanlara müəyyən mədəniyyətə, sivilizasiyaya mənsub olduğunu göstərir. Vətənpərvərlik, əcdadların nəaliyyətinə hörmət hissi, ictimai şüurun inkişafına töhfə verir. Məncə, tarixini bilməyən vətəndaş hesab olunmur. Tarix sadəcə keçmişlə bağlı hekayə deyil, müasir dünyanı dərk etmək, cəmiyyəti inkişaf etdirmək üçün vasitədir. Tarixi yaddaş olmadan tərəqqi mümkün deyil”.

 

Müsahibimiz həmçinin bildirib ki, biz orijinal sənədləri qoruyub saxlayırıq:

 

“Elmi öyrənməklə insanda tənqidi düşüncə meydana gəlir. Tənqidi yanaşma bizə faktların təbliğatını və hadisələrin çoxşaxəli şəkildə qiymətləndirilməsini öyrədir. Ən son üsullar keçmişdən qalan hər şeyi qoruyub saxlamağa imkan verir. Mədəniyyəton rolu çox böyükdür. Nəsildən nəsilə ötürülür. Onlar milli kimliyin formalaşmasına kömək edir. Abidələr, muzeylər keçmişlə əlaqə qurmağa imkan verir”.

 

Eyni zamanda müsahibimiz bildirib ki, uşaqlara keyfiyyətli təhsil verməliyik:

 

“Gündəlik tarixi öyrənmək də çox vacibdir. Adi insanların həyatından bəhs edən hekayələr vasitəsilə uşaqlar keçmişi daha yaxşı başa düşə bilərlər. Mədəni irsin qorunması muzeylər, abidələr vasitəsilə də keçirilə bilər. Xalqların yaddaşını nəzərə alır. Vətənpərvər vətəndaş kimi püxtələşməsinə şərait yaradır”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər