Keith Floyd və David Pritchard
Təxminən 30 il əvvəl mən özümü David Pritchard ilə işləyən tapdım – mərhum Keith Floydu televiziya ulduzuna çevirən rejissorla.
O, ilk dəfə Floyd ilə qarşılaşanda, Floyd əlində içki, Bristol restoranını qarışıqlıq içində idarə edib. Pritchard onu televiziya üçün yemək bişirməyə razı salıb – çox vaxt yarım sərxoş halda, ya balıqçı qayığında, ya küləkli bir təpədə, ya da ən yaddaqalanı, dəvəquşularla dolu bir sahədə.
Tamaşaçılar bu üslubu sevib. Floydun aparıcılıq etdiyi 20-dən çox televiziya proqramı yayımlanıb və cazibələrdən biri də onunla rejissor arasındakı açıq gərginlik olub.Aydındır ki, bu münasibətin sonu yaxşı olmayıb.
Bir gün, biz montaj otağında işləyən David, Floyd ilə çəkilişdən yeni qayıdıb içəri girib. Üzü kədərli görünüb. “Biz ayrı təyyarələrlə geri uçduq", deyib. Sonra isə mənə tərəf əyilib əlavə edib: “Rick məni xilas edəcək.”
Banuçiçək Məmmədova
BBC NEWS
