00:00:00
Yazar
Admin User
25.04.2023 15:59 289 1 dəq oxuma
Dünya

Kenyada aclıq təriqəti hadisəsi - ölü sayı 90-a yüksəldi

Kenyada aclıq təriqəti hadisəsi - ölü sayı 90-a yüksəldi

Keniyada aclıq təriqəti hadisəsində ölənlərin sayı 89-a çatıb.

 

Keniyada acından öləcəkləri təqdirdə cənnətə gedəcəkləri vədi ilə insanları aldadan təriqətlə bağlı davam edən istintaq ərəfəsində tapılan cəsədlərin sayı 89-a yüksəlib. Cəsədlərin əksəriyyətinin uşaqlara aid olduğu bildirilib.

 

Əgər aclıqdan ölərlərsə, "Hz. İsa ilə tanış olacaqları" və “cənnətə gedəcəkləri” vədi ilə bir çox insanı aldadan təriqət lideri Paul Mackenzie Nthenge 15 apreldə aclıqdan öldüyü öyrənilən 4 nəfərin cəsədinin tapılmasından sonra polis tərəfindən saxlanılıb. Saxlanılan təriqət liderinin də heç nə yemədiyi öyrənilib.

 

İndiyədək 34 nəfərin təriqətdən xilas edildiyi bildirilib. Keniya Qırmızı Xaç Cəmiyyəti itkin düşən 112 nəfərin hələ də tapılmadığını açıqlayıb. Aclıq təriqətinin üzvlərinin sahil qəsəbəsi Malindi yaxınlığındakı Shakahola meşəsində 800 hektar ərazidə yaşadığı bildirilir.

 

Hadisə ilə bağlı 14 təriqət üzvünün saxlanıldığı məlum olub.

 

Nuray

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər