“Kiçik turizm” kütləvi turizmə alternativ ola bilərmi?
Yeni səyahət yanaşması turistlərin məşhur görməli yerlərindən uzaq duraraq şəhərin gündəlik həyatını kəşf etməyi təklif edir. Bəs Temple Bar-a getmədən Dublin səfəri həqiqətən Dublin səfəri sayıla bilərmi?
Dublin şəhər mərkəzində gəzən səyahətçi turistlərlə dolu, sarı rəngli amfibiya avtobusunun yanından keçdiyini görür. Turistlər ona tərəf səslənərkən o, supermarketə girərək çips rəfləri arasında gəzişir.
Supermarketdə alış-veriş etmək qeyri-adi seçim kimi görünsə də, “Kiçik turizm”in mahiyyəti məhz budur. Bu yanaşma izdihamlı turistik məkanlardan və “mütləq görülməli yerlər” siyahısından uzaq duraraq kiçik, yerli təcrübələrə üstünlük verir. Prinsip sadədir: “Turistin edəcəyi bir şeydirsə, etmə".
Səyahət yazarı bu yanaşmanı qızı ilə Dublində keçirdiyi uzun həftəsonunda sınayır. Temple Bar və Ginnes fabrikinə getmək əvəzinə ikinci əl mağazalarına baş çəkir, ictimai nəqliyyatdan istifadə edir və apteklərə baxırlar. Məqsəd Dublinin məşhur turistik məkanlarından uzaqlaşaraq şəhərin kiçik detallarını daha yaxından tanımaqdır.
“Kiçik turizm” yeni anlayış olsa da, bir şəhəri yerli sakin kimi kəşf etmək istəyi yeni deyil. Səyahət yazarı 20 ildən çoxdur bu sahədə çalışır və kütləvi turizmin şəhərləri getdikcə daha qeyri-səmimi göstərdiyini müşahidə edir.
Bu gün bir çox şəhərin “Disneyiləşdirilmiş” versiyasına rast gəlmək mümkündür: küçələr turistlərlə dolur, yerli insanların səsini eşitmək isə çətinləşir. Buna görə də müasir səyahətçilər daha mənalı və yerli təcrübələr axtarmağa başlayırlar.
Səadət Əlizadə