Kiçik vərdiş-böyük zərər
Saqqızın uzun müddət çeynənməsi diş plomblarının və tacların ömrünü qısalda, çənə əzələlərində yorğunluq, ağrı və baş ağrılarına səbəb ola bilər. Həddindən artıq çeynəmə mədə turşusunun artmasına və boş mədənin qıcıqlanmasına gətirib çıxarır. Şəkərli saqqız diş çürüməsi riskini yüksəldir, tərkibindəki sintetik maddələr isə mikroplastik qəbuluna səbəb ola bilər.
Mövzu ilə bağlı əhalidən fikirlərini öyrəndik.
Günel Əlilinin fikirlərincə, saqqız çeynəmək az-az olanda problem deyil:
"Bəzən nəfəsi təravətləndirir, insanı sakitləşdirir. Amma çox çeynənəndə çənə ağrıyır, baş da ağrıya bilər, həmçinin dişlərə də ziyanı var. Xüsusilə şəkərli saqqızların dişləri tez çürütdüyünü düşünürəm. Son vaxtlar mikroplastik mövzusu da gündəmdədir, ona görə də hər şeyi ölçüsündə etmək daha düzgündür. Yəni saqqız nə tam faydalıdır, nə də tam zərərli amma çoxu zərər verir”.
Həmçinin Nazlı Ağazadədə bu haqda fikirlərini səsləndirib:
“Son dövrlərdə ənənəvi saqqızların çoxu plastik mənşəli maddələrdən hazırlanır. Bunların insan sağlamlığına uzunmüddətli təsiri hələ tam sübut olunmasa da, bəzi araşdırmalara görə, bədəndə iltihab yarada və digər mənfi təsirlərə səbəb ola bilər. Bu maddələr ağız suyu vasitəsilə insan orqanizminə keçə bilir.
Əsasən, şəkərsiz saqqızlar insanda köp, ishal və qarın ağrısı kimi hallara səbəb ola bilər.
Və həmçinin, saqqızı tez-tez çeynəmək və mütəmadi istifadə etmək çənə ağrısı yarada bilər, eyni zamanda baş ağrılarına da səbəb ola bilər. Bunlarla yanaşı, uzun müddət saqqız çeynəmək diqqət dağınıqlığına da gətirib çıxara bilər.
Sakızın insan bədəni üçün nə tam faydalı, nə də tam zərərli olduğunu demək olar. Sadəcə olaraq, ara-sıra və ölçülü şəkildə istifadə edildikdə zərərli sayılmır. Məncə, əsas məsələ onun miqdarı və istifadənin tezliyidir”.
Zəhra Həmzəyevada bu haqda danışıb:
“Saqqız çeynəmək bəzən yaxşıdır, çünki ağızı təmizləyir, nəfəsi təravətləndirir və çənə əzələlərini işlədərək gücləndirir. Amma çox və uzun müddət saqqız çeynəmək zərərlidir. Bu, diş plomblarına və taclara zərər verə, çənə əzələlərində ağrı və yorğunluğa, hətta baş ağrısına səbəb ola bilər.
Şəkərli saqqız dişlərin çürüməsinə səbəb olur. Ona görə də saqqızı az-az, şəkərsiz və çox çeynəmədən istifadə etmək yaxşıdır. Ümumilikdə, az istifadə faydalıdır, amma çox çeynəmək zərərlidir”.
Aydan Əsgərxanlı
