00:00:00
Yazar
Admin User
20.01.2026 12:05 50 1 dəq oxuma
Dünya

KİV: ABŞ və Ukrayna prezidentlərinin Davos görüşü baş tutmaya bilər

KİV: ABŞ və Ukrayna prezidentlərinin Davos görüşü baş tutmaya bilər

ABŞ Prezidenti Donald Tramp Ümumdünya İqtisadi Forumunun keçirildiyi Davosda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşməyəcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

 

V.Zelenski isə bildirib ki, əgər imzalanmağa hazır sənədlər və ya əlavə hava hücumundan müdafiə sistemi ilə bağlı qərar olarsa, Davosda Ümumdünya İqtisadi Forumunda iştirak edəcək. Bununla yanaşı, o qeyd edib ki, Davosdakı komandadan Ukraynanın bərpası ilə bağlı sənədin demək olar ki, hazır olması barədə siqnallar daxil olur. Ukrayna Prezidenti hələlik Kiyevdə olduğunu, kommunal xidmətlər və energetika işçilərinin fəaliyyətini koordinasiya etdiyini söyləyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər