Kiyevdəki səmada parlama peykin düşməni nəticəsində baş verib?
NASA Kiyev üzərində səmada parlamanın peykin düşməsi nəticəsində baş verdiyini təsdiqləməyib.
İNFORMATOR.AZ xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Kiyev üzərində axşam saatlarında səmada görünən güclü parıltının peykin düşməsi ilə əlaqəli olması ilə bağlı ehtimalı təkzib edib.
Kiyevin bir çox rayonlarında ağ işıqla parlayan yerə düşən obyekt görünüb. Bundan dərhal sonra hava hücumu siqnalları işə düşüb.
"Aprelin 19-da saat 22:00 radələrində Kiyevdə səmada hava obyektinin parlaq parıltısı müşahidə olunub. İlkin məlumata görə, bu hadisə NASA kosmik peykinin Yerə düşməsinin nəticəsi olub", - deyə Kiyev şəhər hərbi idarəsiin rəhbəri Sergey Popko bildirib.
Bu həftənin əvvəlində NASA istismardan çıxarılan RHESSI tədqiqat peykinin çərşənbə günü Yer atmosferinə daxil olacağını açıqlamışdı. Günəş alovlarını öyrənmək üçün nəzərdə tutulmuş bu peyk 2002-ci ildə aşağı Yer orbitinə buraxılıb və 2018-ci ildə istismardan çıxarılıb.
Bununla belə, NASA sözçüsü Rob Margetta BBC-yə bildirib ki, Kiyev üzərində işıq çaxması müşahidə edilən zaman peyk hələ də orbitdə olub. Bu gecə atmosferin sıx təbəqələrinə daxil olmalıdır.
Agentliyin sözçüsü əlavə edib ki, NASA və ABŞ Müdafiə Nazirliyi RHESSI-nin hərəkətini izləməyə davam edir.
Fatimə
