00:00:00
Yazar
Ayan Sadi
09.09.2026 21:39 54 2 dəq oxuma
Mədəniyyət

Klassik filmlərimiz milli-mənəvi sərvət kimi qorunur – Cəmil Quliyev

Klassik filmlərimiz milli-mənəvi sərvət kimi qorunur – Cəmil Quliyev

 

 

Azərbaycan kinosunun 125 ildən artıq tarixində yaradılan klassik filmlərin qorunması və gələcək nəsillərə çatdırılması milli mədəni irsin mühüm istiqamətlərindən biridir. Bu sahədə Azərbaycan Dövlət Film Fondu tərəfindən filmlərin mühafizəsi və bərpası istiqamətində zəruri işlər həyata keçirilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev bildirib ki, 125 ildən artıq tarixə malik Azərbaycan kinosu zəngin film irsi formalaşdırıb.

 

“Bu illər ərzində müxtəlif filmlər çəkilib və bu filmlər bizim milli-mənəvi sərvətimizdir. Azərbaycanda istedadlı rejissorlarımız tərəfindən həm sənədli, həm bədii, həm də animasiya filmləri çəkilib”, - deyə Cəmil Quliyev vurğulayıb.

 

Fond direktorunun sözlərinə görə, həmin filmlərin qorunması üçün Azərbaycan Dövlət Film Fondunda bütün zəruri şərait yaradılıb. O qeyd edib ki, 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə müasir tələblərə cavab verən yeni bina inşa olunub və burada Azərbaycanın klassik kino irsinin mühafizəsi üçün geniş imkanlar yaradılıb.

 

“Hər bir film burada böyük həssaslıqla qorunur”, - deyə Cəmil Quliyev diqqətə çatdırıb.

 

O hesab edir ki, Azərbaycan kinosunun klassik irsinin qorunması ilə bağlı hazırda ciddi problem yoxdur. Fond direktorunun fikrincə, əsas məqam bu sahədə fəaliyyət göstərən qurumun, peşəkar mütəxəssislərin və müvafiq texniki imkanların mövcudluğudur.

 

Cəmil Quliyev bildirib ki, Dövlət Film Fondu fəaliyyət göstərdiyi müddətdə Azərbaycan kino irsinin qorunması istiqamətində bütün zəruri işləri həyata keçirir. Onun sözlərinə görə, müasir texniki imkanlar və fondun infrastrukturu sayəsində klassik filmlərin gələcək nəsillərə çatdırılması istiqamətində işlər davam etdirilir.

 

Nurgün Qənizadə

#yeni #milli-mənəvi #qorunur #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər