00:00:00
Yazar
Admin User
09.12.2025 17:34 86 1 dəq oxuma
Sosial

Kəlbəcər Dağ Turizm Mərkəzi yaradılacaq

Kəlbəcər Dağ Turizm Mərkəzi yaradılacaq

Dövlət Turizm Agentliyi baş planın hazırlanması üçün 1-ci faza üzrə xidmətlərin göstərilməsi ilə bağlı “Neugest 1957 SLU” şirkəti ilə 396.280 manat dəyərində müqavilə bağlayıb.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında REAL partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda turizm nə qədər inkişaf edəcəksə, bir o qədər də iş yerlərinin yaranması üçün fürsətlər yaranacaq:

 

“Azərbaycanda turizmin fundamental problemləri də həll olunmalıdır. Quru sərhədlər məsələsi həllini tapmalıdır ki, daha çox turist cəlb etmək mümkün olsun. Turizm obyektlərinin dövlət dəstəyi proqramlarına ehtiyac var. Məsələn, kiçik otelçilik bizdə çox az inkişaf edib. Kiçik otelçiliyə önəm vermək lazımdır. Bizdə bu məsələ ilə bağlı müəyyən işlər görülür, amma fundamental olaraq turizmin qarşısında olan problemlərin həlli üçün yeni qanunvericilik təşəbbüslərinə ehtiyac var”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər