00:00:00
Yazar
Admin User
27.11.2025 15:09 98 2 dəq oxuma
Sosial

Kəlbəcərə növbəti köç karvanı yola salınıb

Kəlbəcərə növbəti köç karvanı yola salınıb

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Bu çərçivədə Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb.

Köçənlər uzun müddət respublikanın müxtəlif bölgələrində,əsasən,yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə şəhərə 27 ailə, ümumilikdə 112 nəfər köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar həmçinin torpaqların azad edilməsində böyük rol oynayan Azərbaycan Ordusuna minnətdarlıq edib, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizi ehtiramla yad ediblər.

 

Mövzu ilə bağlı “Qaçqınkom” “İnformator.az”a olan açıqlamasında bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri sürətlə davam edir, irimiqyaslı layihələr icra edilir:

 

“Torpaqlarımızın işğaldan azad edilməsi yüz minlərlərlə keçmiş məcburi köçkünün əvvəlki yaşayış yerinə qaytarılması üçün şərait yaratmışdır. Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri sürətlə davam edir, irimiqyaslı layihələr icra edilir. Geri qayıdan əhalinin təhlükəsiz və ləyaqətli yaşayışını təmin etmək üçün Azərbaycan dövləti bütün zəruri tədbirləri görür. İnfrastruktur tamamilə yenidən qurulur.
Ərazilərin minalardan təmizlənməsi prosesi məcburi köçkünlərin Böyük Qayıdışını ləngidir, həmin ərazilərə səfər edən şəxslərin həyatı üçün təhlükə yaradır.
Köçürülmə bərpa qrafikinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan ailələr olmaqla, mərhələli şəkildə aparılır.
Keçmiş məcburi köçkünlər üçün mənzillər müasir standartlara uyğun olaraq təmir edilir, bütün infrastruktur-sosial-texniki infrastruktur qurulur, kommunikasiya xətləri bərpa edilir”.


Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər