00:00:00
Yazar
Admin User
13.11.2025 10:44 115 1 dəq oxuma
İqtisadiyyat

Kənd təsərrüfatı istehsalına görə birinci yerdəyik

Kənd təsərrüfatı istehsalına görə birinci yerdəyik

Kənd təsərrüfatında işçi başına düşən məhsul istehsalı üzrə Azərbaycan Qafqazda birinci yerdədir. Yəni həm Ermənistan, həm də Gürcüstanla müqayisədə istehsal və məhsuldarlıq yüksəkdir. Amma bu məni qane etmir.

 

"İnformator.az" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Musayev jurnalistlərin suallarını cavablandırarkən bildirib:


"İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, aqrar sektorda bir işçiyə düşən dəyər 80-90.000 dollardir. Azərbaycanda bu rəqəm 2600 dollar təşkil edir. Bu baxımdan inkişaf etdiriləcək sahələr çoxdur. Cari ildə balıq artırma mərkəzi yaradıldı. Hazırda balıqçılıqla məşğul olan akvokultura və digər müəssisələrin elektron qeydiyyatının başa çatdırılması nəzərdə tutulur.Bir neçə həftə əvvəl ekologiya nazirliyindən balıq artırma zavodlarından bizə təhvil, təslim prosesi başa çatdı. Xaricdən, eləcə də Türkiyədən mütəxəssislər dəvət etmişik. Onlar ilkin qiymətləndirmə aparıblar. Balıq artırma zavodları ilə bağlı ilkin sxemimiz var, amma düşünürəm ki, hələ də təkmilkəşdirilməyə ehtiyac var".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər