KOB-lara ISO standartlarına inteqrasiya üzrə güzəştli xidmətlər razılaşdırılıb
KOB-ların ISO standartlarına uyğun fəaliyyətinin təşviqi, bu sahədə institusional dəstəyin gücləndirilməsi və KOB-ların beynəlxalq keyfiyyət standartlarına inteqrasiyasına dəstək üçün yeni əməkdaşlıq çərçivəsi formalaşdırılıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, bu məqsədlə KOBİA və “Sage Solutions” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.