00:00:00
Yazar
Ayşən Səlimova
27.03.2026 14:31 18 2 dəq oxuma
İqtisadiyyat

Kölgədəki pullar: Kölgə iqtisadiyyatı

Kölgədəki pullar: Kölgə iqtisadiyyatı

Dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün şəffaflığın təmin edilməsi əsas şərtdir. Bu istiqamətdə vacib amillərdən biri də kölgə iqtisadiyyatının qarşısının alınmasıdır. Dünyada sosial-iqtisadi inkişafın qarşısında duran ən böyük əngəllərdən biri kölgə iqtisadiyyatıdır. Kölgə iqtisadiyyatı həm də qeyri-rəsmi iqtisadiyyat adlandırılır. 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, rəqabət mühiti və xərcləri azaltmaq cəhdi, qiyməti yüksəltmək də yaranan çətinlik ona gətirib çıxarır ki, sahibkarlar kölgə iqtisadiyyatında qalmağa həvəsli olurlar:

 

"Rəsmi iqtisadiyyatda olmağın üstünlüklərini artırmaqla, kölgə iqtisadiyyatında olanlara cərmələr və sanksiyalar tətbiq etməklə və insanları həvəsləndirmək üçün müxtəlif iqtisadi stimul verməklə kölgə iqtisadiyyatına qarşı mübarizə aparılır. Məsələn ƏDV-nin (əlavə dəyər vergisi) geri alınması kölgə iqtisadiyyatına mübarizəyə yönəlib. İcbari tibbi sığortanın işləməyən şəxslərə tətbiq edilməməsi məhz kölgə iqtisadiyyatının azaldılması məqsədlərindən biridir.Yəni rəsmi iqtisadiyyatda yoxsansa, hökümətin qayğılarından da məhrum olursan. Çek vurmamağa görə, dövriyyəni gizlətməyə görə də cərmələr mövcuddur. Çek vurmamağa görə ilkin mərhələdə 2.000 sonraki mərhələlərdə 4.000 daha sonra isə 6.000 manat cərmə tətbiq edilir. Gizlədilən dövriyyənin 50%-i qədər dövriyyəni gizlətməyə görə cərmə tətbiq edilir və sonrada dəbbə pulu hesablanır. Yəni ciddi sanksiyalar mövcuddur. İnsanları həvəsləndirmək üçün, məsələn deyilir ki, "qəbzi geri al sənə ordan müəyyən qədər pul veriləcək" bu isə "ədv geri al" layhəsidir. Bankda pulu çıxartmağa vergilər tətbiq olunur ki, insanlar bank üzərinə ödənişlərini etsinlər. Banklardan da ödəniş edilidikdə, təbii ki, dövriyyələri gizlətmək mümkün olmur. Yəni vətəndaşların nağdsız ödənişlərə keçirilməsini həvəsləndirməklə də kölgə iqtisadiyyatına qarşı mübarizə aparılır. Kölgə iqtisadiyyatının əsas səbəbləri odur ki, iqtisadiyyatda marja azdır. Sahibkar vergini verməmək üçün qiymətin üstünə qoymalı və satmalıdır. Vergi sahibkarın özündən tutulmur, elə qiymətin üstünə qoyulur. Qiyməti də artırdıqda satış edə bilmir və yaxuda rəqabət mühiti buna imkan vermir. Hamı vergi ödəmədiyinə və ya vergidən yayındığına görə sahibkar məcbur olur ki, özüdə vergidən yayınsın ki, rəqabət apara bilsin. Eyni vaxtda və eyni qaydada hamı vergi ödəməlidir. Çünki biri vergi ödəyib, digəri ödəməyəndə vergi ödəməyən qiyməti aşağı salır və vergi ödəyən sahibkarı cəzalandırılan olur. Hamı qiyməti qaldıranda da satış edə bilmirlər. İqtisadiyyatda marja və gəlirlilik aşağıdır. Rəqabət mühiti və xərcləri azaltmaq cəhdi, qiyməti yüksəltmək də yaranan çətinlik ona gətirib çıxarır ki, sahibkarlar kölgə iqtisadiyyatında qalmağa həvəsli olurlar. Çünki xərclərini gizlətməlidirlər ki, daha aşağı qiymət təyin edə bilsinlər".

 

Samirə Allahverdizadə

#İqtisadiyyat
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər