00:00:00
Yazar
Elmira Ağayeva
14.08.2026 23:12 64 2 dəq oxuma
Araşdırma

KOLLECLƏRƏ QƏBULUN NƏTİCƏLƏRİ AÇIQLANDI

KOLLECLƏRƏ QƏBULUN NƏTİCƏLƏRİ AÇIQLANDI

Bu il ümumi orta təhsil bazasında kolleclərə qəbul planının 95 faizi dolub. Bəs bu rəqəmin arxasında hansı seçimlər dayanır?

SORĞU:

İnformasiya texnologiyalarını seçdim, çünki böyük həvəsim var idi.

— Uşaqlıqdan şəkil çəkməyə, qrafika yaratmağa böyük həvəsim var idi. Özümü dizaynerlikdə yoxlamaq istəyirdim, ona görə də ixtisas kimi dizaynerliyi seçdim.

— Hansı güclü fənlərim var idisə, məsələn, riyaziyyat, ingilis dili, informatika, ona görə birinci qrupu seçirəm. Sonra da kodlaşdırmada mənə uyğun fənləri seçirəm.

 

Mütəxəssislər bildirirlər ki, gənclərin ixtisas seçimində əsas meyarlardan biri gələcəkdə həmin sahəyə olan tələbatdır.


RƏNA CƏBRAYILOVA – ABİTURİYENT MƏSLƏHƏT MƏRKƏZİNİN RƏHBƏRİ:

Ən çox tələb olunan informasiya texnologiyaları sahəsi, kimya sahəsi, belə deyim, mühəndislik sahəsinə tələb daha çox olur. Bir də qabiliyyətli ixtisaslara tələb çox olur.

Əmək bazarında gələcəyi olan ixtisaslar, hal-hazırda tələb olunan ixtisaslar haqqında geniş məlumat verirdik. Ona uyğun da qərarlarını verirdilər, ixtisaslarını seçirdilər. Hətta elə olurdu ki, məqsədli yanaşanlar da olurdu: “Mən bu ixtisası istəyirəm, özümü gələcəkdə bu ixtisasda görürəm”. Biz də onun fikirlərinə hörmətlə yanaşırdıq, ixtisas seçimini edirdik”.


Bu il kolleclərə qəbul üçün 6 min 210 plan yeri ayrılıb. Müsabiqə nəticəsində 5 min 893 nəfər tələbə adını qazanıb. Ödənişsiz yerlər üzrə qəbul planının 97,48 faizi, ödənişli yerlər üzrə isə 92,70 faizi dolub.

 

QRAFİKA:

6 210 PLAN YERİ

2 499 — dövlət hesabına, ödənişsiz
3 481 — dövlət hesabına, ödənişli
230 — özəl kolleclər

ÖDƏNİŞSİZ YERLƏR – 97,48%
ÖDƏNİŞLİ YERLƏR – 92,70%

Bəs bu göstəricilər ötən illə müqayisədə nə qədər dəyişib?

XANLAR XANLARZADƏ – DİM-İN MƏTBUAT KATİBİ:

Plan yerlərinin dolma faizləri etibarilə ötən illə bu il arasında elə də bir fərq yoxdur. Həmişə 94-95 faiz plan yerləri tutulur. Ötən il də 95 faiz idi, bu il də 95 faizə yaxındır. Ötən il 8 min 144 yer nəzərdə tutulmuşdu, amma bu il 6 min 210 plan yeri ayrılıb”.


Qəbul olunanları isə avqustun 19-dan 31-dək elektron qeydiyyat mərhələsi gözləyir. myGov portalında qeydiyyatdan keçməyənlər qəbul olduqları yerdən imtina etmiş sayılacaq və boş qalan yerlər yenidən müsabiqəyə çıxarılacaq.

 

Bir çox gənc üçün kollecdə təhsil almaq həm də peşə həyatına atılan ilk addımdır. Əsas məsələ isə bu seçimin onları gələcəkdə hansı istiqamətə aparacağıdır.

Elmira Ağayeva, Zahir Zahidoğlu, AZTV Xəbər

#İxtisasseçimi #kollec
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər