00:00:00
Yazar
Səadət Əlizadə
16.04.2026 19:36 23 2 dəq oxuma
İqtisadiyyat

Kommunal ödənişlərdə ƏDV geri qaytarıla bilərmi?

Kommunal ödənişlərdə ƏDV geri qaytarıla bilərmi?

Azərbaycanda su, qaz və elektrik xidmətlərinin tarifləri, eləcə də bu xidmətlərə tətbiq olunan vergilər zaman-zaman ictimai müzakirələrə səbəb olur. Xüsusilə də kommunal ödənişlərdə əlavə dəyər vergisinin (ƏDV) tətbiqi və ya ləğvi məsələsi geniş müzakirə olunur.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, kommunal xidmətlərdə ƏDV geri al layihəsinin tətbiqi məqsədəuyğun hesab edilmir:

 

“Çünki bu layihənin əsas məqsədi şəffaflığın artırılması və nağdsız hesablaşmaların stimullaşdırılmasıdır. Halbuki kommunal xidmətlər dövlət müəssisələri artıq şəffaf şəkildə həyata keçirilir və bu sahədə vergi yayınması riski yoxdur.
ƏDV geri al mexanizmi əsasən vətəndaşları çek tələb etməyə təşviq etməklə kölgə iqtisadiyyatının qarşısını almağa yönəlib. Eyni zamanda, nağdsız ödənişlərin genişlənməsi və rəqəmsal iqtisadiyyatın inkişafına xidmət edir. Lakin kommunal ödənişlərdə vətəndaşların nağdsız hesablaşmaya marağı artıq kifayət qədər yüksəkdir. Müasir ödəniş platformaları və bank xidmətləri bu prosesi asanlaşdırır və əlavə stimula ciddi ehtiyac qalmır.
ƏDV məsələsinə isə daha çox qiymətəmələgəlmə siyasəti çərçivəsində baxılmalıdır. Ödənilən vəsaitin əsas hissəsi kommunal xidmət göstərən qurumlara, 18 faiz ƏDV isə dövlət büdcəsinə yönəlir. Bu, əslində dövlət daxilində gəlirlərin bölgüsüdür.
Dövlət bu sahədə ƏDV-ni diferensiallaşdıraraq sosial həssas əhali qrupları üçün daha əlverişli şərtlər yarada bilər. Lakin əsas məsələ vergi mexanizmi deyil, kommunal xidmətlərin son qiymətinin əhali üçün əlçatan və ədalətli şəkildə tənzimlənməsidir”.


Səadət Əlizadə

#kommunal #xəbər #bilərmi? #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər