Konqoda daşqın faciəsində ölənlərin sayı 438-ə çatıb
Konqo Demokratik Respublikasında (KDC) baş verən daşqın nəticəsində ölənlərin sayı 438 nəfərə çatıb.
İnormator.az xarici mediaya istinadən xəbər verir ki, KDC hökumət təmsilçisi Patrik Muyaya ötən həftə Cənubi Kivu əyalətinin Buşuşu və Nyamukubi kəndlərində baş verən sel fəlakəti nəticəsində itkin düşən 26 nəfərin cəsədləri ilə ölənlərin sayının 438-ə yüksəldiyini bildirib.
Daşqın nəticəsində itənlərin sayı ilə bağlı hələlik rəsmi rəqəmin olmadığını bildirən Muyaya əlavə edib ki, qeyri-hökumət təşkilatlarının məlumatına görə, 4000-dən çox insan itkindir.
Qeyd edək ki, ötən həftə bölgəyə yağan güclü yağışlar Çibira çayının daşmasına səbəb olub. Tropik iqlim zonasında yerləşən KDC yağışlı mövsümdə tez-tez təbii fəlakətlərlə üzləşir.
