00:00:00
Yazar
Səadət Əlizadə
28.07.2026 10:55 18 1 dəq oxuma
Dünya

Konqresmen: Azərbaycan dünyanın ən strateji mövqeyə malik ölkələrindən biridir

 

Konqresmen: Azərbaycan dünyanın ən strateji mövqeyə malik ölkələrindən biridir

ABŞ Konqresinin respublikaçı üzvü Abe Hamadeh Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşündən sonra "Newsmax"da dərc etdiyi məqaləsində Azərbaycanın geosiyasi əhəmiyyətindən və regionda oynadığı roldan bəhs edib.

 

"İnformator.az" xəbər verir ki, konqresmen Azərbaycanın dünyanın ən strateji mövqeyə malik ölkələrindən biri olduğunu vurğulayıb.
 

"Azərbaycan Vaşinqtonun gündəmində hər zaman ön planda olmasa da, dünyanın ən strateji əhəmiyyətli məkanlarından birində yerləşir", - deyə Hamadeh qeyd edib.

 

Konqresmen yazır ki, Avropa ilə Asiyanın kəsişməsində yerləşən, Rusiya və İranla həmsərhəd olan Azərbaycan enerji istehsalçısı, nəqliyyat qovşağı və təhlükəsizlik sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib.

 

O, Azərbaycanın Avropanın enerji müstəqilliyinin gücləndirilməsi, ticarət marşrutlarının genişləndirilməsi və qeyri-sabit regionda sabitliyin təmin edilməsində getdikcə daha mühüm rol oynadığını vurğulayıb.

#xəbər #strateji #dünyanın #mövqeyə #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər