Kosovanın Avropa Şurasına doğru mühüm addımı
Kosovo Xarici İşlər və Diaspor Nazirliyi Avropa Şurasının Kosovanın üzvlük müraciətini bəyəndiyini və qərarı Avropa Şurası Parlament Assambleyasına göndərdiyini açıqlayıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən qərar üzv ölkələrin səs çoxluğu ilə qəbul edilib. Qərarın bəyanatında qeyd olunub ki, Kosovanın şuraya üzvlüyü prosesində növbəti addım AŞPA-nın Kosovonun üzvlük müraciəti ilə bağlı rəy hazırlaması olacaq. Nəhayət, bu rəyin Nazirlər Komitəsinə təqdimi ilə üzvlüklə bağlı yekun qərar veriləcək.
Kosovonun üzvlüyünün birinci mərhələsini tamamlamasını “finaldan öncəki final” olaraq xarakterizə edən bəyanatda tam üzvlükdən əvvəl görüləcək daha çox işlərin olduğu vurğulanıb.
Mövzu ilə bağlı ölkə liderləri də sosial media hesablarında paylaşım edib.
"Kosovo Respublikasının bayrağı tezliklə Avropa Şurasının üzvləri arasında qürurla dalğalanacaq", - deyə Kosovo Prezidenti Vjosa Osmani bildirib.
Kosovo Baş naziri Albin Kurti "Ölkəmiz Avropa Şurası üçün əlavə dəyər olacaq. Avropa Şurası ölkəmizdə demokratiya, insan haqları və qanunun aliliyinə dəyər qatacaq" deyərək fikrini ifadə edib.
Qeyd edək ki, Kosovo 12 may 2022-ci ildə Rusiya şuradan çıxarıldıqdan sonra Avropa Şurasına üzvlük üçün rəsmi müraciət edib.
Fatima
