00:00:00
Yazar
Elmira Ağayeva
23.04.2026 21:32 31 1 dəq oxuma
Sosial

Kredit ödənişlərini yerinə yetirə bilməyənlər nə etməlidir? 

Kredit ödənişlərini yerinə yetirə bilməyənlər nə etməlidir?

Kredit şərtlərinin hansı hallarda dəyişdirilə bilməsi bu gün maliyyə sahəsində aktual mövzulardan biri kimi diqqət çəkir. Artan iqtisadi dəyişikliklər fonunda borcalanların hüquqları və bankların mövqeyi daha çox müzakirə olunur.

 

 

 

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov “İnformator.az”a açıqlamasında bildirib ki, həqiqətən də, son dövrlərdə iqtisadi vəziyyət pisləşib:

 

 

 

“İqtisadi vəziyyət pisləşdikdə borclular kreditorlar qarşısında öhdəliklərini icra etməkdə çətinlik çəkirlər. Borc alan şəxslər kredit götürdükləri bank və bank olmayan kredit təşkilatları qarşısında öhdəliklərini yerinə yetirə bilmirlər. Nəticə etibarilə bu da həmin kreditorların maliyyə vəziyyətinin gələcəkdə pisləşməsinə səbəb olur.

 

Ona görə də banklar kredit müqavilələrini tərtib edərkən fors-major hallara xüsusi diqqət yetirməlidirlər. Eyni zamanda borc götürən şəxslərin vəziyyətini daha da ağırlaşdıran müddəaların daxil edilməsindən çəkinməlidirlər.

 

Ümumiyyətlə, banklar anlamalıdır ki, borcalanların vəziyyətini pisləşdirən şərtlərin çoxluğu və onların yükünü yüngülləşdirən mexanizmlərin azlığı gələcəkdə bankların özlərinin də maliyyə çətinlikləri ilə üzləşməsinə səbəb ola bilər.

Bu səbəbdən borcalanlar maliyyə vəziyyətlərinin pisləşməsi barədə dərhal kreditorlara məlumat verməli və borcların restrukturizasiyası ilə bağlı müraciət etməlidirlər. Banklar isə bu müraciətlərə anlayışla yanaşmalı və qarşılıqlı maraqlar çərçivəsində həll yolları axtarmalıdırlar.

Çünki sonda bu cür problemlər dövlət büdcəsinə də mənfi təsir göstərir. Ölkədə devalvasiya və hətta denominasiya ehtimalı da yarana bilər”.

 

Nuray Əliyeva

#Kredit #bank #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər