00:00:00
Yazar
Elmira Ağayeva
07.07.2026 12:44 19 1 dəq oxuma
Siyasət

Kreml: "Putin-Tramp görüşü ilə bağlı razılaşma yoxdur"

Kreml: "Putin-Tramp görüşü ilə bağlı razılaşma yoxdur"

 


"Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın Rusiyada, o cümlədən Sankt-Peterburqdakı Ermitaj Muzeyində mümkün görüşü ilə bağlı hələlik heç bir konkret razılaşma əldə olunmayıb" - Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

 

Bundan əvvəl Kremlin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib ki, Donald Tramp Rusiya Prezidenti ilə son telefon danışığı zamanı Ermitaj Muzeyinə heyranlığını ifadə edib. Vladimir Putin isə Trampın Rusiyaya səfər etmək üçün daimi dəvətə malik olduğunu xatırladıb.
Qeyd edək ki, Donald Tramp 1987-ci ildə, şəhərin hələ Leninqrad adlandığı dövrdə Sovet İttifaqına səfər edib. Həmin səfər çərçivəsində o, Moskva və Leninqradda hotel tikintisi layihələrinin perspektivlərini müzakirə edib, həmçinin Sankt-Peterburqun əsas görməli yerlərini ziyarət edib.

 

TASS
Nuray Əliyeva

#Rusiya #ABŞ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər