00:00:00
Yazar
Admin User
12.07.2025 11:09 110 1 dəq oxuma
Dünya

Kremldə hazırlıq

Kremldə hazırlıq

Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə biləcəyindən xəbərdardır və buna hazırdır.


"İnformator.az" xəbər verir ki, bu barədə “The New York Times” (NYT) Kremldəki mənbələrə istinadla məlumat yayıb.

 

Bildirilir ki, Rusiya lideri ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsində daha sərt addımlarına hazırdır.

 

Xatırladaq ki, "Bloomberg" TV iyulun 11-də ABŞ prezidentinin ayın 14-də Rusiyaya qarşı yeni sanksiyaları və Ukraynaya yeni silah tədarükü elan edəcəyi barədə məlumat yaymışdı.


İyulun 10-da Tramp bazar ertəsi Rusiya ilə bağlı mühüm açıqlama verməyi planlaşdırdığını açıqlayıb. Amerika lideri təfərrüatları açıqlamasa da, Rusiya və Ukrayna arasında nizamlanmanın gedişatından, şəxsən Putindən məyus olduğunu vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər