00:00:00
Yazar
Aise Mustafayeva
02.10.2026 20:16 13 2 dəq oxuma
Maraqlı

Krista Paykın uğursuz edam cəhdində nə baş verib və bundan sonra nə olacaq?

 

Krista Paykın uğursuz edam cəhdində nə baş verib və bundan sonra nə olacaq?

ABŞ-nin Tennessi ştatında qətl törətməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilən Krista Paykın edamı uğursuz olub.

 

 

50 yaşlı Paykın ölümcül inyeksiya yolu ilə edamına cəhd zamanı ona iki dəfə pentobarbital preparatı vurulub. Lakin vəkillərinin sözlərinə görə, inyeksiyalar onun ürək döyüntüsünü dayandırmayıb. Edam prosesi dayandırıldıqdan sonra Payk xəstəxanaya aparılıb və hazırda vəziyyəti kritik qiymətləndirilir.

 

 

Hadisədən sonra Tennessi qubernatoru Bill Li hadisəni kənar qurumun araşdırması barədə göstəriş verib. Həmçinin ştatda ilin sonuna qədər edamların icrası dayandırılıb.

 

 

Payk 1996-cı ildə 19 yaşlı Kolin Slemmerin qətlinə görə ölüm cəzasına məhkum edilib. Hadisə zamanı Payk və Slemmer çətin tərbiyə olunan yeniyetmələr üçün nəzərdə tutulmuş peşə hazırlığı düşərgəsində tanış olublar.

 

İstintaq materiallarına əsasən, Slemmerin cəsədi üzərində satanist qruplarla əlaqələndirilən tərs pentaqram simvolu aşkar edilib. Payk isə Slemmeri onu təhqir etməkdə və həmin vaxt sevgilisi olan 17 yaşlı Tadaryl Shipp-i əlindən almağa çalışmaqda ittiham edib.

 

 

Düşərgədə olan iki nəfər sonradan ifadə verərək Paykın qətl barədə onlara danışdığını və Slemmerin kəllə sümüyündən bir parça göstərdiyini bildiriblər.

 

 

Hadisədə iştirak edən Shipp də ömürlük həbs cəzasına məhkum edilib. Lakin cinayət zamanı yetkinlik yaşına çatmadığı üçün onun barəsində ölüm hökmü tətbiq edilməyib.

 

Tennessi ştatının edam protokolunda məhbusun ikinci dozadan sonra da sağ qalacağı halda hansı prosedurun tətbiq olunacağı dəqiq göstərilmir.

 

 

Hazırda rəsmilər Paykın edamına yenidən cəhd ediləcəyini açıqlamayıblar. Həmçinin inyeksiyaların niyə ölümcül nəticə vermədiyi də hələlik məlum deyil.

 

Paykın vəkili Rendi Spivi jurnalistlərə bildirib ki, hazırda müvəkkilinin vəziyyəti ilə bağlı ətraflı məlumat və proqnoz yoxdur. Hadisənin araşdırılmasından sonra edam prosesində nəyin səhv getdiyi və bundan sonra hansı hüquqi addımların atılacağı müəyyənləşə bilər.

 

 

Aysun Xəlilova

#yeni #uğursuz #cəhdində #paykın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər