Kərkükə raket hücumu edilib
Kərkük Beynəlxalq Hava Limanı İdarəsinin verdiyi yazılı məlumata görə, yerli saatla 23:30 radələrində mənşəyi hələ müəyyənləşdirilməmiş 3 raket hava limanına düşüb.
Raketlərdən ikisi hava limanındakı hərbi hissəyə, biri isə mülki sahəyə isabət edib. Mülki sahəyə düşən raket otluqda yanğına səbəb olub.
Kərkük Beynəlxalq Hava Limanının yanğınsöndürmə xidməti yanğını qısa müddətdə söndürə bilib.
Hadisə nəticəsində 1 nəfər yüngül xəsarət alıb. Uçuş zolağında və hava limanının digər obyektlərində hər hansı bir zərər qeydə alınmayıb.
Kərkük Polis İdarəsindən adının açıqlanmasını istəməyən bir mənbə Urubə məhəlləsinə də bir raketin düşdüyünü bildirib.
Mənbə, raketin həmin məhəllədəki bir evin damına düşdüyünü və evə zərər dəydiyini qeyd edib. Hadisədə insan tələfatı qeydə alınmayıb.
TRT Haber
Xəlilli Nigar