00:00:00
Yazar
Admin User
08.05.2023 10:49 652 1 dəq oxuma
Mədəniyyət

Əkrəm İmamoğluna daşlı hücum - 17 nəfər yaralandı

Əkrəm İmamoğluna daşlı hücum - 17 nəfər yaralandı
Əkrəm İmamoğluna mitinq zamanı daşlı hücum olub.
 
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Millət Alyansının sədr müavini, İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğluna Ərzurumda keçirilən mitinqdə daşlı hücum olunub.
 
Mitinq meydanı yaxınlığında  toplaşan qrup İmamoğlunun olduğu avtobusa və ərazidəki vətəndaşlara daş və özləri ilə gətirdikləri bəzi əşyaları atmağa başlayıb.
 
Baş verənlərdən sonra İmamoğlu ərazidəki polisləri çağıraraq qrupa müdaxilə etmələrini istəyib. İmamoğlu bildirib ki,  baş verən hadisələrin Ərzurumlu vətəndaşlarla heç bir əlaqəsi yoxdur. O, xəsarət alan vətəndaşların vəziyyətini yaxından izlədiyini vurğulayıb. Hücumda 17 nəfər yaralanıb.
 
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Əkrəm İmamoğluna olunan daşlı hücumun yolverilməz olduğunu söyləyib. 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər