00:00:00
Yazar
Admin User
29.01.2015 06:00 520 1 dəq oxuma
Dünya

Kuba ABŞ-dan Quantanamo hərbi bazasını geri qaytarmağı tələb edib

Kuba rəsmi Vaşinqtonla münasibətləri normallaşdırmazdan əvvəl ABŞ-dan Quantanamo hərbi bazasını geri qaytarmağı tələb edib
Kuba ABŞ-dan Quantanamo hərbi bazasını geri qaytarmağı tələb edib

Kuba rəsmi Vaşinqtonla münasibətləri normallaşdırmazdan əvvəl ABŞ-dan Quantanamo hərbi bazasını geri qaytarmağı tələb edib. Kuba prezidenti Raul Kastro həmçinin ABŞ-ı ticarət embarqosunu ləğv etməyə və Kubanı terrorçuluğu dəstəkləyən ölkələr siyahısından çıxarmağa çağırıb. Kubanın ABŞ tərəfindən iqtisadi blokadası 50 ildən artıqdır ki, davam edir. Ötən ay iki ölkə diplomatik münasibətləri bərpa etməklə bağlı razılığa gəlib. Bir qədər əvvəl Kuba və ABŞ arasında yüksək səviyyədə danışıqlar baş tutub. 

 

Qeyd edək ki, Quantanamo hərbi bazasının yerləşdiyi ərazi 1903-cü ildə ABŞ hökumətinə icarəyə verilib. ABŞ rəsmiləri Kastronun bəyanatına hələ ki, münasibət bildirməyiblər. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər