00:00:00
Yazar
Banuçiçək Məmmədova
14.04.2026 21:40 34 1 dəq oxuma
Sosial

Küçədə ağızlıqsız gəzdirilən itlər: təhlükə gözardı edilir?

Küçədə ağızlıqsız gəzdirilən itlər: təhlükə gözardı edilir?

Şəhər mühitində ev itlərinin küçədə gəzdirilməsi adi haldır. Lakin təhlükə törətmə ehtimalı yüksək olan bəzi itlərin ağızlıq olmadan ictimai yerlərdə gəzdirdilməsi ciddi narahatlıq doğurur. Bu cür hallarda həm piyadaların, xüsusilə uşaqların təhlükəsizliyi risk altına düşür, həm də sahibkar məsuliyyəti məsələsi gündəmə gəlir. Qanunvericilik bu mövzuda müəyyən tələblər qoysa da, praktikada bu qaydalara hər kəs əməl etmir. Bəs məsuliyyət kimdədir və nəzarət necə həyata keçirilməlidir?

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında baytar Cansu Məmmədova bildirib ki, ictimai yerlərdə xüsusilə sıx ərazilərdə və iri və ya aqressiya riski olan itlərdə ağızlıq və qayış mütləq olmalıdır:

 

“Bu həm profilaktik təhlükəsizlik, həm də hüquqi tələbdir.Məsuliyyət tam şəkildə heyvan sahibinin üzərindədir nəzarətsiz və ağızlıqsız gəzdirilən it risk yaradır.Stress zamanı sakit sayılan it belə küçədə təhlükə yarada bilər.Maarifləndirmə zəifdir nəzarət və cərimələr artırılmalıdır.Təhlükə olduqda vətəndaşlar polisə,bələdiyyəyə və ya baytarlıq xidmətlərinə müraciət etməlidir”.

 

Banuçiçək Məmmədova

#baki #gündəm #xəbər #gəzdirilən #edilir?
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər