00:00:00
Yazar
Aysel Mirzəyeva
16.04.2026 19:09 54 2 dəq oxuma
Sosial

Küçədə sahibsiz heyvanlara zərər vermək qanunla qadağandırmı?

Küçədə sahibsiz heyvanlara zərər vermək qanunla qadağandırmı?

Son dövrlərdə küçə heyvanlarına qarşı zorakılıq halları ictimai müzakirələrə səbəb olur. Bəs sahibsiz heyvanlara zərər vermək qanunla qadağandırmı və buna görə hansı məsuliyyət tədbirləri nəzərdə tutulur?

 

Mövzu ilə bağlı hüquqşünas Turan Abdullazadə “İnformator.az”a açıqlamasında bildirib ki, sahibsiz heyvanlara qarşı zorakılıq Azərbaycan qanunvericiliyinə əsasən qadağandır və bu cür hallara görə inzibati məsuliyyət nəzərdə tutulur:

 

“İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı və əzab verilməsinə, işgəncə edilməsinə, döyülməsinə və ya döyüşdürülməsinə görə 500 manatdan 800 manatadək cərimə tətbiq olunur. Əgər bu cür hərəkətlər nümayişkaranə şəkildə, o cümlədən mediada göstərilməklə törədilərsə, cərimə məbləği 800 manatdan 1000 manatadək artır. Heyvana vurulan zərərin ağırlığından asılı olaraq cəza daha da sərtləşə bilər. Əgər bu hərəkətlər nəticəsində heyvan şikəst olarsa, 1000 manatdan 1500 manatadək cərimə tətbiq olunur. Əgər heyvanın tələf olmasına səbəb olarsa, 1500 manatdan 2000 manatadək cərimə və ya işin hallarından asılı olaraq bir ayadək inzibati həbs tətbiq edilə bilər”.

 

Ekspert əlavə edib ki, heyvanlara qarşı zorakılığın təbliği də qanunla qadağandır:

 

“İnzibati Xətalar Məcəlləsinin 271-1-ci maddəsinə əsasən, heyvanlarla rəhmsiz rəftarın təbliğinə və ya belə hərəkətlərə açıq çağırışlara görə 1000 manatdan 1500 manatadək cərimə və ya bir ayadək inzibati həbs tətbiq oluna bilər. Bu cür görüntülərin və materialların kommersiya məqsədilə istifadəsi də qanun pozuntusu hesab olunur. Bu kimi inzibati xətalarla bağlı işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır”.

 

Ayşə Müzəfərli

#gündəm #xəbər #qadağandırmı? #heyvanlara #küçədə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər