00:00:00
Yazar
Zəri Bayramlı
01.05.2026 20:30 26 2 dəq oxuma
Sosial

Kvota ilə bağlı qanunvericilik: hüquqi prosedurlar və müraciət qaydası

Kvota ilə bağlı qanunvericilik: hüquqi prosedurlar və müraciət qaydası

Cəmiyyətin ədalətli, bərabər və davamlı inkişafını təmin etmək üçün hüquqi mexanizmlər arasında kvota institutunun xüsusi yeri vardır. Azərbaycan qanunvericiliyində də kvota anlayışı və onun tətbiqi mexanizmləri geniş şəkildə təsbit edilmişdir. Xüsusilə, qadınlar, əlillər, etnik azlıqlar, gənclər, müharibə veteranları və digər sosial qruplar üçün kvotalar sosial bərabərliyin və hüquqların real təminat vasitəsidir. 

 

Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü, vəkil Fariz Namazlı “İnformator.az”a açıqlamasında bildirib ki, kvota 2 qaydada tətbiq edilə bilər: 

 

"Kvota ilə bağlı məsələlər əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan işaxtaran və işsiz şəxslərlə bağlı nəzərdə tutulub, yəni onların işlə təmin edilməsi üçündür. Bu qaydalar Nazirlər Kabinetinin 22 noyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi qaydasında nəzərdə tutulub. Sosial müdafiəyə xüsusi ehtiyac olan şəxslərə aşağıdakılar daxildir:

 

Əlilliyi olan şəxslər

Şəhid ailəsinin üzvləri

20 yaşadək olan gənclər

1 və ya daha çox uşağı təkbaşına böyüdən, 5 və daha artıq uşağı olan, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları tərbiyə edən valideynlər

Pensiya yaşına iki ildən az qalmış şəxslər

Cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər

Məcburi köçkünlər”.

 

Vəkil, işçilərinin orta illik sayı 25-dən çox olan işəgötürənlərə kvota iş yerləri təyin edildiyini bildirib:

 

“Lakin işçilərin orta illik sayı 25-dən az olanlara, dövlət orqanları, mərkəzi və yerli seçkili orqanları (seçki yolu ilə tutulmayan vəzifələr istisna olmaqla), elm və ali təhsil müəssisələri (elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəzifələr istisna olmaqla), hərbi qurumların, hüquq mühafizə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələri, penitensiar müəssisələr və istintaq təcridxanalarına bu qaydalar tətbiq edilmir. Kvota 2 qaydada tətbiq edilə bilər. Dövlət Məşğulluq Agentliyi müəssisələrə göndəriş verir və müəssisə rəhbərliyi həmin şəxsləri işə qəbul edir və ya bundan imtina edir. İkinci halda, şəxs özü müəssisəyə müraciət etdikdə, işəgötürən müəyyən olunmuş kvota hesabına onları işə qəbul edə bilər. Əgər işəgötürən kvota iş yerləri üzrə göndəriş əsasında göndərilmiş şəxsləri işə qəbul etməsə, bu halda o, İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsinə əsasən 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilə bilər".

 

Samirə Allahverdizadə

#azərbaycan #qaydası #hüquqi #bağlı #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər