00:00:00
Yazar
Zəri Bayramlı
02.05.2026 23:33 20 1 dəq oxuma
Sosial

Lənkəranda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb

Lənkəranda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb

Mayın 2-də Lənkəran şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.


"İnformator.az" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, rəsmi şəxslərin və şəhər ictimaiyyətinin iştirakı ilə tədbir keçirilib.

 

İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.

Həmçinin, WUF13 və şəhərsalma mövzularında, eləcə də Lənkəranın memarlıq abidələri barədə suallar təqdim olunaraq iştirakçılar arasında müsabiqələr təşkil edilib. Düzgün cavab verənlərə hədiyyələr təqdim edilib.

9000-dən çox iştirakçının qatıldığı proqram böyük maraqla qarşılanıb.

#proqramla #wuf13 #yeni #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər