Lavrov: "Avropa İttifaqı sürətlə hərbi təşkilata dönüşür"
Xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının (Aİ) "rekord sürətlə hərbi təşkilata çevrildiyini" iddia edib.
İnformator.az xarici mediaya əsasən xəbər verir ki, BMT-nin Nyu Yorkda keçirdiyi mətbuat konfransında Lavrov Aİ-nin Rusiyanı mühasirəyə almaq məqsədinin getdikcə daha aqressivləşdiyini, Aİ ilə NATO arasında “çox az fərqin” olduğu fikrini ifadə edib.
Yanvar ayında Brüsseldə NATO ilə Aİ arasında imzalanan və Lavrovun tənqid etdiyi “strateji tərəfdaşlıq” bəyanatında Rusiyanın Ukraynaya müdaxiləsi “Avro-Atlantik təhlükəsizliyə böyük təhdid” kimi tənqid olunurdu.
Lakin bu bəyanatda NATO-nun Aİ-nin təhlükəsizliyinə zəmanət verəcəyi ilə bağlı fikirlər yer almır.
NATO-nun genişlənməsinə gəlincə, Lavrov alyansın Rusiyanı parçalamağa çalışdığını, lakin bu səyin ölkəsini daha da gücləndirdiyini iddia edib.
Rusiyaya müxtəlif vaxtlarda və kontekstlərdə NATO-ya yeni üzv qəbul etməyəcəyinə dair söz verildiyini qeyd edən Lavrov "Hər şeyin yalan olduğu ortaya çıxdı" -deyə bildirib.
Fatima
